Ana dili günü Osloda ana dilində konsert ilə keçdi
Bə'zən qürbətdə bir kiçik kültürəl hərəkət minlərcə siyasi yazıdan da daha artıq tə'sir buraxır. Musiqi fə'aliyyətləri o cümlədəndir. Bu günlər Norveçdə azlıqların musiqi işi ilə uğraşmaq o qədərdə qolay deyil. Xüsusi ilə Azərbaycan musiqisi. Mən illərdir ki həm siyasi və həm sənət o cümlədən musiqi sahəsində fəaliyyət göstərirəm. Azərbaycan musiqisi mənim həyatımın bir bölümüdür. Buna görə etiraf etməliyəm ki bu işin çətinliyi siyasi işlərdən on qat çoxdur. Qoyun belə deyək ki bu işə qatılmaq həm cəsarət tələb edir, həm hünər və həmdə pul! Necə? İndi deyəcəyəm. Buna görə cəsarət ki sənətçi özünü azdan çoxdan dünyanın bu gün ki səviyyəsində gedən sənət ilə göstərməlidir. Buna görə hünər ki həmin sənətçi Azərbaycan musiqisinə həvəs və maraqı olanları bir yerə toplayıb onlara konsert verməlidir. Və buna görə pul ki bu işlər pulsuz olmaz. Savalan Azərbaycan musiqi qrupu bu gün Norveçdə istər istəməz həmin vəzifəni boynuna almış. Artist Təbrizli Məmmədrzanın təşəbbüsü ilə Nor