پست‌ها

نمایش پست‌ها از ژوئیه, ۲۰۰۳

Yeni durum, bes yeni siyasət

تصویر
Bildiyiniz kimi İranda gərginli bir şərayit yaşanmaqdadır . Toplumsal narızaçılıq günü gündən yüksəlməkdədir, qazetələr hələ də budalama ( sansur ) problemi ilə əlbayaxa və qapalış cəzaları ilə üz üzə qalmışlar, qazetəçilər yenidən dəstə dəstə Yarğı Quvvə ( Qəzayi Quvvəsi ) quruluşlarına çağırılıb yada çağırılmamışdan Mafiya sayağı ilə küçə soxaqlarda tutuqlanıb gizli dostaqlara salınırlar . Xalqlar və o cümlədən Azərbaycan xalqı önərgən olaraq yubanmış milli istək və çatıncalarını əldə etməyə qərarlı və sarsılmazdır və bütün rejimin hədə qorxutmasına baxmıyaraq bu sonlarda Babək Qalasında bağıra bağıra bu istəyi yeni biçimdə üzə çıxmış zəmanənin Xəlafət və vəlayət qurumlarına e`lan etdi. Biliyurdu öyrəncilərinin seçkinləri Birləşmiş Beynalxalq Təşkilatının sədri Kufi Ənan`a məktub yazıb İranda pozulan insan hüquqlarını ortaya qoydular .Digər tələbə, aydınçı, yazıçı,və yaxud siyasi çalışanlar belə kimi hərəkata qoşulub rəsmi görəvçilərə məktub yazmaqla əmələn hakemiyəti təngə gətiriblə